14:59
241
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqının səfiri Pavel Herçinskinin dezinformasiya kampaniyasına qoşulması təəssüf doğurur”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, parlament seçkiləri öncəsi Aİ səfiri radikal müxalifətin xeyrinə seçkiqabağı təşviqatda birbaşa iştirak edib ki, bu da Vyana Konvensiyası və demokratik seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır.

“Seçkilər öncəsi Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinin dayandırıldığını söyləyən Pavel Herçinski indi iddia edir ki, Gürcüstan hakimiyyəti bu prosesi dayandırdı. Biz bir müddət bu cür hallara diplomatik reaksiyadan çəkinirdik, lakin hər şeyin öz həddi var və biz davranışlarda dəyişikliklər görməsək, bu cür faktlara mütləq reaksiya verəcəyik. Bu həm Aİ səfiri, həm də digər müvafiq səfirlərə aiddir. Söhbət diplomatik reaksiyadan gedir”, - Kobaxidze söyləyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər