29 Noyabr 16:58
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə təyyarəsi daşıyan gəmisi “Abraham Lincoln”un rəhbərlik etdiyi zərbə qrupu Cənubi Çin dənizinə daxil olub.

Teleqraf.com xebər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ-ın hərbi gəmilərinin Cənubi Çin dənizinə daxil olması regionda beynəlxalq hüquq və gəmiçiliyin azadlığının təmin edilməsinə yönəlib.

Qərar Çinlə Tayvan arasında artan hərbi-siyasi gərginlik fonunda verilib.

Pekin adanın Çinə birləşdirilməsinin qaçılmaz olduğunu bəyan edib. ABŞ belə bir durumu qəbul etməyəcəyini, Tayvanı müdafiə edəcəyini açıqlayıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər