29 Noyabr 17:24
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada müxalifət qüvvələrinin noyabrın 27-də başlatdığı hərbi əməliyyatlarda Bəşər Əsəd rejimi və ona dəstək verən silahlı qruplaşmalar hədəfə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalı məlumat yayıb.

Əməliyyatlar İdlib və Hələb vilayətlərində aparılır. Bölgədə ümumilikdə 60-dan çox yaşayış məntəqəsinin hökumət qüvvələrindən alındığı bildirilir.

Türkiyə mənbələri hazırda müxaliflərin Hələb şəhər mərkəzinin 1 kilometrliyində olduqlarını deyirlər.

Hələbin qərbində son sutka ərzində 13 tank və 2 helikopter məhv edilib, raket anbarı ələ keçirilib. Hökumət qüvvələrindən 200 hərbçi öldürülüb, 26-sı əsir götürülüb.

Hələb səhrasında geri çəkilən Suriya ordusunun hərbi konvoyu müxaliflər tərəfindən PUA-larla vurulub.

Müxalif qrupları Əsəd rejiminin mövqelərinə “Qrad” raketləri ilə də zərbələr endirib. Həmçinin Suriya qüvvələrinin tərk etdiyi bir çox hərbi texnikalar da qənimət olaraq götürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər