29 Noyabr 16:51
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasının daimi və müvəqqəti üzvlərinin sayı artırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi yola bu BMT ilə davam edə bilərikmi? Xeyr! Bu BMT-də islahatlar aparılmalıdır. Dünya 5 daimi üzvün əlində qala bilməz. Bu dəyişiklik tez bir zamanda lazımdır. Beş daimi, 15 müvəqqəti üzv ola bilməz. Dünyanı bu cür idarə etmək olmaz. Biz artıq İkinci Dünya Müharibəsi şəraitində deyilik. Dünya dəyişir, ona görə də ciddi dəyişiklik lazımdır. Bilirəm ki, qəbul etməyəcəklər, amma 194 ölkənin taleyi bu 5 daimi üzvdən birinin ağzından çıxan sözə bağlı ola bilməz”, - Türkiyə lideri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər