29 Noyabr 16:59
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Müdafiə Nazilriyinin 49 əməkdaşı hökumətin Avropa İttifaqı ilə bağlı qərarını dəstəkləmir.

Teleqraf.com xəbər verir ki, onlar bu barədə birgə bəyanat imzalayıblar.

Sənəddə deyilir ki, Müdafiə Nazirliyi uzun illərdir bir tərəfdən müdafiə qüvvələrini gücləndirməklə, digər tərəfdən isə Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasını təşviq etməklə ölkənin milli maraqlarına uğurla xidmət edir.

“Avropa və Avroatlantik inteqrasiya ölkənin təhlükəsizliyinin və suverenliyinin bundan sonra da möhkəmləndirilməsinin alternativ yolu, həmçinin xarici və təhlükəsizlik siyasətinin əsas prioritetidir.
Biz Gürcüstanın Avropa və Avroatlantik strukturları ilə əməkdaşlığının və Gürcüstanın müdafiə qabiliyyətinin inkişafı prosesinə Qərb tərəfdaşlarının töhfəsinin vacibliyini anlayırıq. Biz Gürcüstana xidmət edirik!”, - bəyanat müəllifləri bildirib.

Bununla yanaşı, Gürcüstanda fəaliyyət göstərən 13 biznes assosiasiyası da birgə bəyanat yayaraq hökumətin qərarından narazılıqlarını ifadə ediblər. Bir neçə özəl ali məktəb də etiraz əlaməti olaraq tədris prosesini dayandırıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər