29 Noyabr 18:00
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın Müdafiə naziri Suren Papikyanla regiondakı vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Görüş zamanı Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Ermənistanın Müdafiə nazirinə Rusiyanın Ermənistandakı səfirliyinin yeni hərbi məsələlər üzrə attaşesi - polkovnik Aleksandr Qoryanovu təqdim edib", - deyə məlumatda bildirilir.

Suren Papikyan attaşeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona səmərəli fəaliyyət arzulayıb.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər