Yeni Kaledoniyanın lideri Kristian Tein həbsdə qalacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

“Biz Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyik. Təslim ollmayacağıq”, - vəkil bildirib.

Kristian Tein iyunun 19-da həbs edilib. Onun rəhbəri olduğu təşkilat may ayından bəri Yeni Kaledoniyadakı toqquşmaların təşkilində ittiham olunur.