29 Noyabr 20:44
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə Gürcüstan parlamentinin binası önündə keçirilən növbəti mitinqdə gərginlik yaşanır.

Teleqraf.com xəbər verir ki, etirazçılar parlamentin binasının divarındakı elektrik naqillərini yandırıblar.

Mitinqdə Gürcüstan hökumətinin əleyhinə şüarlar səsləndirilir, iştirakçılar parlamentin yaxınlığında quraşdırılmış dəmir lövhələri müxtəlif əşyalarla döyəcləyirlər.

Azadlıq meydanında xüsusi təyinatlılar, su şırnağı və yanğınsöndürən maşınlar səfərbər olunub.

Qeyd edək ki, Batumi və Kutaisi şəhərlərində də etiraz aksiyaları bərpa edilib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər