29 Noyabr 21:26
296
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə hakimiyyəti qonşu Suriyada vəziyyətin yeni destabilizasiyasının qarşısını almağı vacib hesab edir".

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Kecəli danışıb.

“Sərhədimizin sıfır nöqtəsində yerləşən İdlib və ətraf bölgədə sakitliyin qorunması Türkiyə üçün prioritetdir”, - diplomat bildirib.

O xatırladıb ki, 2017-ci ildən bəri İdlib eskalasiya zonası ilə bağlı bir neçə razılaşma əldə olunub. Onun sözlərinə görə, Türkiyə bu sənədlərin tələblərini “əzmlə yerinə yetirir”. Keçəli qeyd edib ki, əslində son toqquşmalar regionda arzuolunmaz gərginliyin artmasına səbəb olub. O vurğulayıb ki, Türkiyə üçün yeni qeyri-sabitlikdən qaçmaq və mülki şəxslər üçün təhlükənin qarşısını almaq “son dərəcə vacibdir”.


Müəllif: Arzu

Oxşar xəbərlər