29 Noyabr 21:58
294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu terror hücumlarını dəf etmək üçün Hələb və İdlib əyalətlərində təmas xəttinə əlavə qüvvələr yerləşdirib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki , bu barədə Ordunun Ali Komandanlığının yaydığı bəyanatında deyilir.

“Suriya Silahlı Qüvvələri terrorçuların sıçrayışlarının qarşısını almaq üçün döyüş təmas xəttindəki bütün mövqeləri canlı qüvvə və texnika ilə gücləndirməyə davam edir”, - bəyanatda bildirilib.

Suriya hərbçiləri bir neçə əraziyə nəzarəti bərpa edə bilib. Ordu terrorçuları tamamilə məhv edənə qədər əməliyyatları davam etdirəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər