29 Noyabr 22:58
252
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real Madrid" azyaşlı azarkeşi braziliyalı futbolçu Vinisius Juniora qarşı irqçi çağırışlar etdiyi üçün cərimələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubdan bildirilib ki, uşaq Vinisiusa məktub ünvanlayıb və orada baş verənlərə görə üzr istəyib. Nəticədə onun bir il müddətinə stadionlara getməsinə qadağa qoyulması və məhkəməyə qədər cərimə tətbiq edilməsi qərara alınıb. Cərimənin məbləği açıqlanmayıb.

Hadisə 2024-cü il fevralın 18-də ölkə çempionatının Rayo Valyekano və Real Madrid matçında baş verib.


Müəllif: Arzu

Oxşar xəbərlər