30 Noyabr 00:10
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Patriarxlığı ölkədə baş verənlərlə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, ali dini qurum hakimiyyət və hüquq-mühafizə orqanları nümayəndələrini və etirazçıları aqressiv və təhqiredici hərəkətlər, qarşıdurmalardan çəkinməyə çağırıb.

Bildirilib ki, neqativ hərəkətlər kilsənin baxışlarına və ümumilikdə xristian ruhuna ziddir.

“Müxtəlif fikir və baxışlara görə bir-birimizi incitməyək və mövqeyimizi daha sivil şəkildə ifadə edək. Sizi bir daha sülhə və sağlam düşüncəyə çağırırıq”, - bəyanatda deyilir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər