30 Noyabr 01:03
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Aerokosmik Qüvvələri 24 saat ərzində Suriyanın Hələb və İdlib əyalətlərində hücuma keçən “Ən-Nusra Cəbhəsi” təşkilatının və digər qrupların azı 200 silahlısını öldürüb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Döyüşən Tərəflərin Barışıq Mərkəzinin rəhbərinin müavini , 1-ci dərəcəli kapitan Oleq İqnasyuk keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, terrorçu qruplaşmalar və radikal müxalif qruplarının digər nümayəndələri Hələb və İdlib əyalətlərində Suriya hökumət qüvvələrinin mövqelərinə qarşı birgə hücuma keçib.

İqnasyuk vurğulayıb ki, Rusiya Aerokosmik Qüvvələri Suriya Ərəb Ordusuna dəstək verərkən qeyri-qanuni silahlı birləşmələrin texnika və canlı qüvvəsinə raket və bombalı hücumlar həyata keçirir. Terrorçuların nəzarət nöqtələrinə, anbarlarına və artilleriya mövqelərinə də hücumlar həyata keçirilir.


Müəllif: Arzu

Oxşar xəbərlər