30 Noyabr 01:15
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərinin bir neçə bölgəsində silahlılarla Suriya hökumət ordusu arasında döyüşlər davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Anadolu dövlət agentliyi məlumat yayıb.

“Hələbin bir neçə bölgəsində hökumət əleyhinə qruplar və Suriya ordusu döyüşür. Yaraqlılar şəhərin cənubuna, şimalına və şərqinə keçməyə çalışırlar, onlar yeddi rayona nəzarət edirlər” - məlumatda deyilir.


Müəllif: Arzu

Oxşar xəbərlər