30 Noyabr 01:35
305
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Millerin bəyanatında deyilir.

Blinken qeyd edib ki, Vaşinqtonun Kiyevə yardımı davam edəcək. O qeyd edib ki, bu, qış fəsli başlamazdan əvvəl xüsusilə vacibdir. O, hərbi tranşlardan da bəhs edib.

Blinken, həmçinin Amerika hakimiyyətinin Ukraynada suverenlik və demokratiyanı dəstəkləmək, habelə BMT Nizamnaməsinin prinsipləri əsasında münaqişə zonasında sülhün bərqərar olması öhdəliyini xatırladıb


Müəllif: Arzu

Oxşar xəbərlər