Rusiyanın Dağıstan Muxtar Respublikasının (Şimali Qafqaz bölgəsi) Kaspiysk şəhərində bəzi obyektlər PUA hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə bölgə rəhbəri Sergey Melikov bildirib.

O qeyd edib ki, Kaspiyskə hücum edilib və cəhd uğursuz olub.

Dağıntı və tələfat haqqında məlumat yoxdur.