30 Noyabr 17:40
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya arasında nüvə zərbələrinin mübadiləsi mümkündür.

Teleqraf.com xeber verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, belə bir təhlükənin aradan qalxdığını demək həqiqətə zidd olardı. Diplomat hesab edir ki, hazırda vəziyyət çox kəskindir.

Xarici işlər nazirinin müavini Rusiyanın nüvə müharibəsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyini söyləyib, amma etiraf edib ki, bu vəziyyətdə hər şey Rusiyadan asılı olmayacaq.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər