30 Noyabr 18:20
4 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya ilə sülh müqaviləsi barədə dialoq yalnız Tokionun düşmənçilik siyasətindən imtinası halında mümkün olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Rusiya tərəfi dəfələrlə qeyd edib ki, Yaponiya ilə tamhüquqlu dövlətlərarası dialoqun bərpası yalnız rəsmi Tokionun ölkəmizə və vətəndaşlarımıza ziyan vurmağa yönəlmiş düşmənçilik siyasətindən imtina etməsi halında mümkündür”, - diplomat bildirib.

Yaponiya Baş naziri Siqeru İşiba bundan öncə Rusiya ilə sülh danışıqlarına hazır olduğunu açıqlamışdı.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər