30 Noyabr 19:37
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baltik və Şimali Avropa ölkələri fövqəladə və ya müharibə zamanı vətəndaşlar üçün təlimatlar hazırlamağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Conversation" məlumat yayıb.

Qeyd olunur ki, Estoniya, Latviya və Litva son 10 ildə müntəzəm olaraq oxşar məsləhətlərlə ictimai məlumatları yeniləyir. 2024-cü ildə Danimarka və Norveç də fövqəladə hallara hazırlıq tövsiyyələrini yeniləyiblər.

İsveç isə elektrik enerjisinin tam kəsilməsi halında hansı tədbirlər görülməsi ilə bağlı tövsiyyələri kağız şəklində yayacaq. Finlandiya rəsmiləri həmçinin öz vətəndaşlarına müharibə və böhran vəziyyətlərinə hazırlıqla bağlı təlimatlar paylamaq niyyətindədirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər