Suriya Müdafiə Nazirliyi ordunun Həma əyalətində geri çəkilməsi ilə bağlı məlumatı təkzib edib.
Teleqraf.com xəbər verir ki, qoşunların bölgənin şimalında və şərqində qaldığı bildirilir.
“Silahlı terrorçu qrupların öz platformalarında, internet saytlarında və bəzi kanallarda Suriya ordusunun Həmadan çıxarılması ilə bağlı dərc etdikləri xəbərlər həqiqətə uyğun deyil. Biz təsdiq edirik ki, silahlı qüvvələrimizin bölmələri Həma vilayətinin şimalında və şərqində öz mövqelərindədir”, - deyə departamentin açıqlamasında bildirilir.