4 gündür Əsəd qüvvələri ilə qarşıdurmada olan qruplar ölkədə irəliləməyə davam edir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, müxalif qüvvələr bu gün Həma vilayətinə daxil olub.
Rusiya və Suriya ordusunun əsgərləri Həma hava bazasını tərk etmək məcburiyyətində qalıblar. Müxaliflər günün irəliləyən saatlarında şəhərin mərkəzini də ələ keçirib.