Vaşinqton Kiyevə 725 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayıracaq.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

Bununla belə Ukrayna lideri yeni paketə hansı silah növlərinin daxil ediləcəyini dəqiqləşdirməyib. Zelenskinin sözlərinə görə, Ukrayna hakimiyyəti dekabr ayından tərəfdaşlarla aktiv işə hazırlaşmağa başlayır.

“Bizim ümumi təhlükəsizliyimiz naminə bu həftələrdə və aylarda həyata keçirilə biləcək həllər var”, - deyə Ukrayna prezidenti bildirib.