ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kaş Pateli Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru vəzifəsinə təyin edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial media platformasında məlumat verib.
“Kaş çox ağıllı hüquqşünas və müstəntiqdir. O, karyerasını korrupsiyanın ifşasına, ədalətin müdafiəsinə və amerikalıların müdafiəsinə həsr edib", - deyə yazıb.
Patel ilk prezidentliyi dövründə Trampın komandasında müdafiə nazirinin baş qərargah rəisi vəzifəsində çalışıb.
Patelin namizədliyi ilə Tramp, səlahiyyət müddəti 2027-ci ildə başa çatan FTB direktoru Kristofer Wrayın vəzifədən alınacağına işarə edib.
Xatırladaq ki, Kristofer Wray 2017-ci ildə Tramp tərəfindən bu vəzifəyə təyin edilib.