Bütün Gürcüstan Müsəlmanları İdarəsi ölkədə baş verən proseslərlə bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, dini qurum cərəyan edən hadisələri diqqətlə izlədiyini, jurnalistlərə və dinc etirazçılara qarşı aşırı dərəcədə güc tətbiqini qəti şəkildə qınadığını bildirib.
İdarə aidiyyəti dövlət orqanlarını vətəndaşların ölkə konstitusiyası çərçivəsində nəzərdə tutulan özünü ifadə və söz azadlığı hüququndan istifadə etmə haqqlarını qorumaqla ölkə konstitusiyasına sadiqlik nümayiş etdirməyə çağırıb.
“Eləcə də etirazçılara müraciət edirik ki, etirazlarını qanun çərçivəsində və dinc formada həyata keçirsinlər. Həmçinin özlərinin və polis əməkdaşlarının sağlamlığına ziyan yetirməkdən çəkinsinlər.
Uca Allaha dua edir və ölkəmizdə sülhün, əmin-amanlığın və sabitliyin qorunmasını diləyirik”, - bəyanatda deyilir.