Avropa diplomatiyasının yeni rəhbəri Kaya Kallas Tbilisidə hökumət əleyhinə hərəkatları dəstəklədiyini bildirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb .
Ukraynanın paytaxtında olarkən Kallas Gürcüstanın paytaxtında iğtişaşlarda və polislə qarşıdurmalarda iştirak edən etirazçılara qarşı zorakılığı pisləyib. O, etirazçıların hərəkətlərini gürcü xalqının Avropa İttifaqına inteqrasiya istəyinin ifadəsi adlandırıb.