"Ukrayna Rusiya ilə sülh əldə etmək üçün ərazi güzəştləri ilə bağlı öz mövqeyini müəyyən etməlidir".
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan CNN telekanalının efirində bildirib.
“Mənim nöqteyi-nəzərimdən əsas məqam ondan ibarətdir ki, Ukrayna öz müqəddəratını özü təyin etməlidir”, - o deyib.
Onun sözlərinə görə, həll yolu kənardan, o cümlədən Vaşinqton tərəfindən tətbiq edilməməlidir. O qeyd edib ki, Vaşinqton Kiyevlə fəal qarşılıqlı əlaqədə olur, gələcək danışıqların mümkün formatını müzakirə edir.