““Gürcü Arzusu” tam çaşqınlıqdadır, belə ki, bu cür ictimai reaksiya gözləmirdi”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili xüsusi brifinqdə deyib.
Dövlət başçısının sözlərinə görə, hökumət nümayəndələrinin izahatlarına baxmayaraq, ictimaiyyət çox yaxşı anlayır ki, baş nazirin Avropa İttifaqı ilə danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyi barədə qərarı ölkənin oriyentasiyasının dəyişdirilməsidir.
“Bizim istiqamətimizin dəyişdirilməsi faktiki olaraq Avropa İttifaqından üz döndərmək və Rusiyaya üz tutmaqdır. Tərəfdaşlarımız da bunu çox yaxşı başa düşüblər”, - S.Zurabişvili söyləyib.