12:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara dəniz sualtı kabeli Gürcüstan iqtisadiyyatının inkişafı və iqtisadi artıma töhfə verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, hökumətin hava limanlarının inşası və genişləndirilməsi ilə bağlı iddialı planları var. “Anaklia limanı, dəmir yollarının modernləşdirilməsi, Qara dəniz sualtı kabeli layihələri Gürcüstanda iqtisadi inkişafa səbəb olacaq. Energetika sahəsində də iddialı məqsədlərimiz var. Növbəti dörd ildə elektrik enerjisinin istehsalı 8 min meqavatı ötməlidir”, - İ.Kobaxidze deyib. Qeyd edək ki, Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin iştirakçıları Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstandır. Kabelin tikintisi haqqında strateji tərəfdaşlıq sənədi 2022-ci ilin dekabrın 17-də Buxarestdə imzalanıb. Layihənin 2030-cu ilədək başa çatdırılması planlaşdırılır.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər