2 Dekabr 23:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu "Hizbullah" hərəkatının silahlılarının İsrailin şimalında yerləşən Dov dağına raket hücumunu atəşkəs rejiminin kobud şəkildə pozulması adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Benyamin Netanyahunun mətbuat xidməti bildirib.

Baş nazir "Hizbullah" hərəkatının bu addımlarına görə “qətiyyətli” cavab vericəyinə söz verib.

""Hizbullah"ın Dov dağı ərazisini atəşə tutması atəşkəs rejiminin kobud şəkildə pozulmasıdır və İsrail buna qəti və tam güclə cavab verəcək", - deyə o qeyd edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər