ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkilərdə qalib gəldikdən sonra ilk xarici səfərini beş il əvvəl yanğın nəticəsində zədələnmiş Notr-Dam kilsəsinin açılışında iştirak üçün Fransaya edəcək.

Teleqraf.com xəbər verir ki, Tramp Parisə dekabrın 7-də gedəcək.

Fransa hökuməti bundan əvvəl ABŞ prezidentini açılış mərasimində iştiraka dəvət eləmişdi.