İran Prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə görüşərək, Suriya böhranının həllini müzakirə edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidməti məlumat yayıb.
Pezeşkian bildirib ki, Moskva və Tehran Suriyada vəziyyətin sabitləşməsinə bütün gücləri ilə töhfə verəcək.
İran və Rusiya liderlərinin görüşünün təcili xarakter daşıdığı bildirilir.
Dekabrın 2-də Putinlə telefon danışığında İran prezidenti Suriyada baş verənlərə görə İsrail və ABŞ-ı ittiham etmişdi.