3 Dekabr 20:32
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili vəzifəsini tərk edəcəyi barədə yayılan informasiylara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, müxalifyönlü telekanalların yaydığı məlumatları dezinformasiya adlandırıb.

Onun sözlərinə görə, dezinformasiyanın məqsədi ictimaiyyəti çaşdırmaq və süni həyəcan yaratmaq olub.

“Mən “Gürcü Arzusu”nun sədri kimi fəaliyyətimi davam etdirirəm, bizim komandanın üzvüyəm və digər informasiyalar həqiqətə uyğun deyil”, - İ.Qaribaşvili deyib.

Qeyd edək ki, bu gün “Pirveli” və “Mtavari arxi” telekanalları İ.Qaribaşvilinin “Gürcü Azusu” partiyasının sədrliyindən gedəcəyi barədə məlumatlar yayıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər