12:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə ötən gün keçirilən aksiya zamanı 15 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib.

Həmin şəxslərin 11-i aksiya iştirakçısı, 3-ü media nümayəndəsi, 1-i isə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.
Xəsarət alanların bəzilərinin xəstəxanalarda müalicəsi davam etdirilir. Həyatlarına təhlükə yoxdur.

DİN-dən isə bildirilib ki, ötən gün 22 etirazçı saxlanılıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər