4 Dekabr 16:21
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın milli müdafiə naziri Kim Yon Hyen istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Müdafiə naziri istefa zamanı ötən gün hərbi vəziyyət qərarı ilə bağlı ictimaiyyət arasında çaşqınlıq yaratdığı üçün üzr istəyib. Kim Yon Hyen baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.

Ölkə konstitusiyasına görə, nazirin istefası parlament tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Cənubi Koreyada ötən gün hərbi vəziyyət elan edildikdən sonra gecə saatlarında Seula xüsusi texnikalar yeridilib.

Etirazlardan sonra məsələ parlamentdə səsverməyə çıxarılıb və hərbi vəziyyətin ləğvini tələb edən qətnamə qəbul olunub.

Daha sonra təxminən 6 saat davam edən hərbi rejim ləğv edilib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər