“Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa Tiflisin buna hazır olduğu dərəcədə hazır olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Moskva Gürcüstan xalqının müdrikliyinə və fədakarlığına inanır.
“Biz inanırıq ki, Gürcüstan xalqına başqasının ən çirkin və çox təhlükəli oyununda “peşka”ya çevrilməmək üçün kifayət qədər uzaqgörənliyi və inamı olacaq”, - M.Zaxarova söyləyib.