Münaqişə dondurulsa da, Rusiyanın Ukraynaya hücum təhlükəsi həmişə olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi bölməsinin zabiti Andrey Melnik bildirib.
Onun sözlərinə görə, bu dönəmdə münaqişə dondurulsa da, ruslar bir müddət sonra yenidən hücuma keçəcəklər:
“Müharibənin bitməsinə gəlincə, buna çox da inanmıram, çünki belə bir qonşu ilə çətindir. Hətta nə vaxtsa müharibə müəyyən müddətə dondurulsa belə, əminəm ki, bir müddət sonra hər şey yenidən başlayacaq. Bir növ “ikinci İsrail” olacağıq, yəni həmişə təkrar hücumlar təhlükəsi olacaq.
Melnik Ukrayna cəmiyyətini bu duruma hazır olmağa çağırıb:
“Dondurmaq eyni mövqelərdə qalmaq deməkdir, cəbhə xətti qalacaq. Bir müddət sonra Rusiya növbəti hücuma keçəcək. Hazır olmalıyıq”.
Kəşfiyyat zabiti Rusiya-Ukrayna münaqişəsinin dondurulmaya doğru getdiyini istisna etməyib.