Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, nazir tələbə olarkən Türkiyə liderinin ona yardım etdiyini deyib.
Prezidentlə vaxtilə Kasımpaşada qonşu olduğunu söyləyən Bak o dönəmdə Rifah Partiyasının regional təşkilatının sədri olan Ərdoğanın ona məktub yazdıqdan sonra təqaüd ayırdığını, ödəyə bilmədiyi kredit üçün kömək istədiyini bildirib.
Nazir bunu heç vaxt unutmadığını qeyd edib:
“Həyatınıza toxunan insanları heç vaxt unutmayın. Həyatınıza toxunan hər kəsə təşəkkür edin, heç vaxt unutmayın. Ananızı, atanızı, müəlliminizi heç vaxt unutmayın”.