4 Dekabr 21:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Livanda atəşkəs davam edir, İsrail və Hizbullah atəşkəsin davam etməsini istəyir".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.

“Atəşkəs hələ də qüvvədədir. Düşünürəm ki, hər iki tərəf, İsrail və Hizbullah atəşkəs istəyiblər və hələ də istəyirlər”, - Blinken deyib.

Qeyd edək ki, İsrail və Hizbullah noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşması əldə ediblər.


Müəllif: Arzu

Oxşar xəbərlər