Ukrayna prezidenti Vladimir Zelenski Krımdakı nümayəndəsi Tamila Taşevanı istefaya göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə "RBC Ukrayna" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, istefa ərizəsini Taşeva özü verib.
Qeyd edək ki, Taşeva 2022-ci il aprelin 19-dan Ukrayna prezidentinin Krım üzrə nümayəndəsi vəzifəsində çalışır.