Tbilisidə və Gürcüstanın müxtəlif bölgələrində aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində qrup halında zorakılığın təşkili və ona rəhbərlik etmə faktları üzrə 7 nəfər həbs olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, həmin şəxslərin ikisi əvvəllər məhkum olunanlardır.
Həbs edilən şəxsləri 9 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.