4 Dekabr 23:36
217
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünyada süni intellektdən istifadə edilməklə yeni bioloji silahın yaradılması təhlükəsi var".

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "VKontakte" sosial şəbəkəsi səhifəsində yazıb.

“Biz biotexnologiyanın inkişafı üçün perspektivli istiqamətləri müzakirə etdik. Onların sürətli inkişafı təkcə iqtisadiyyat və sosial sahə üçün yeni imkanlar deyil, həm də bioloji terrorizm və süni intellektdən istifadə etməklə yeni bioloji silahların yaradılması da daxil olmaqla bütün təhlükələr yaradır”, - Medvedev yazıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar və digər ölkələr bioloji silahlarla bağlı başqalarını ləkələməyi xoşlayır, halbuki onlar özləri bioloji laboratoriyaları ilə bütün dünyanı sıxıblar.


Müəllif: Arzu

Oxşar xəbərlər