Mərkəzi Afrika Respublikasında (MR) Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin şərəfinə abidə ucaldılıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ölkənin paytaxtı Banqidə ötən il təyyarə qəzasında həlak olan Priqojin və onun sağ əli, onunla birlikdə təyyarə qəzasında həlak olan Dmitri Utkinin heykəli ucaldılıb.
Priqojin əlində AK-47 avtomatı olan həmkarının yanında gülləkeçirməz geyimdə və əlində telsizlə təsvir edilib.
Mərkəzi Afrika Respublikasının milli polisi verdiyi açıqlamada abidənin ölkə ilə Rusiya arasında “ikitərəfli əlaqələrin bir hissəsi” olduğunu bildirib. Açılış mərasimində müdafiə naziri Rameau Klod Büro və yüksək rütbəli hərbçilər iştirak ediblər.