5 Dekabr 2024 11:04
2 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Təhlükəsizlik Şurasının builki son iclası bu gün Beştəpədə keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə gerçəkləşəcək toplantının əsas müzakirəsinin Suriya mövzusu olacağı gözlənilir.

İclasda “Heyət Təhrir əş-Şam” Hərəkatı və onu müşayiət edən qrupların Suriyanın rejim qüvvələri ilə toqquşmaları və irəliləyişləri müzakirə ediləcək.

Mümkün köç təhlükəsi də masadakı mövzular sırasında olacaq.

Şuranın digər gündəmi isə terrorla mübarizə əməliyyatlarıdır. Şimali İraqın Zap bölgəsində uğurla başa çatan və digər istiqamətlərdə davam edən əməliyyatlar qiymətləndiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər