Prezident Emmanuel Makron hakimiyyəti əlində saxlaya bilmir, inkişaf etmiş Fransanı dərin böhran vəziyyətinə gətirib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Hakimiyyəti əlində saxlamaq cəhdi Makrona uğur gətirmədi. Fransa prezidenti vaxtilə çiçəklənən ölkəni dərin siyasi-iqtisadi böhran vəziyyətinə gətirib çıxardı”, - duma sədri bildirib.
Volodin vurğulayıb ki, Fransanın bütün tarixi ərzində ilk dəfə olaraq hökumət təxminən üç ay mövcud olub.