5 Dekabr 2024 15:56
2 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmzalanmış strateji tərəfdaşlıq haqqında sazişə əsasən, Rusiya və Şimali Koreya bir-birinin suverenliyi və təhlükəsizliyi əleyhinə heç bir saziş imzalamamağa razılaşıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya ilə Şimali Koreya arasında strateji tərəfdaşlıq haqqında saziş dekabrın 4-də qüvvəyə minib.

Sənəddə qeyd olunur ki, hər bir tərəf üçüncü ölkələrlə suverenlik, təhlükəsizlik, ərazi bütövlüyü, habelə siyasi, sosial, iqtisadi və mədəni sistemlərin sərbəst seçimi və inkişafı hüququna qarşı yönəlmiş heç bir saziş bağlamağa razılaşmır.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər