Son dörd ildə Gürcüstanda liberal faşizm ideologiyasının yayılmasına böyük həcmdə xarici vəsaitlər sərf olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

O deyib ki, baş tutmamış “Maydan”nın arxasında xaricdən maliyyələşmə dayanırdı.

“Buna görə də radikal qruplaşmalar, partiyalar və onların himayədarlarının xarici maliyyələşmənin şəffaflığı haqqında qanuna etiraz etmələri təəccüblü deyildi. Onlar Gürcüstanda qeyri-şəffaf yolla inqilab təşkil etmək istəyirdilər. Biz çox önəmli qanun qəbul etdik və bu da dövlətçiliyimizi möhkəmləndirdi”, - İ.Kobaxidze söyləyib.

Baş nazir gənclərin valideynlərinə müraciət edərək övladlarını liberal faşizm mərkəzlərindən uzaq tutmağa çağırıb. Onun sözlərinə görə, Gürcüstanda bu cür mərkəzlərin mümkün qədər ləğv olunması təmin ediləcək.