5 Dekabr 2024 16:18
2 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində əks-hücuma keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Qeyd olunur ki, sözügedən hücum nəticəsində ən azı üç Ukrayna bölməsinin tankları və digər qüvvələri Darino kəndinin cənub ətrafına doğru irəliləyib.

Ukrayna ordusunun 21-ci briqadası əks hücumda “Leopard” (Almaniya istehsalı), T-64 və ya T-72 tanklarından istifadə edir.

Hücumda Rusiya hərbi texnika və canlı qüvvəsinin məhv edildiyi bildirilir.

Nəşr əlavə edir ki, ukraynalılar Darinonu tuta bilsələr, rusların bölgədəki marşrutları bağlayacaq və onları Zeleni Şılax kəndi ətrafındakı təsir zonasına yönəldə biləcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər