5 Dekabr 2024 15:04
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna hökuməti ağır durumdadır və Gürcüstana qarşı sanksiyalar bunu təsdiqləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O qeyd edib ki, Gürcüstan hökuməti Ukrayna ilə birtərəfli dostluq rejimində qalır.

“Ukrayna bizə dost ölkədir və Ukrayna xalqı bizim üçün əzizdir. Buna görə də Ukrayna hakimiyyətinin hansı qərar qəbul etməsindən asılı olmayaraq, biz bu ölkəyə və onun xalqına sadiq qalırıq. Biz Ukrayna və onun xalqı ilə həmrəyik”, - İ.Kobaxidze söyləyib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin bu gün imzaladığı fərmanla Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili və digər 18 şəxsə qarşı sanksiya tətbiq olunub.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər