5 Dekabr 2024 16:27
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada prezident və parlament seçkilərinin keçirilməsi münaqişənin həllindən dərhal sonra mümkündür, ancaq səsvermə üçün zəruri şərait təmin edilmədən bu, reallaşdırıla bilməz.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

“Zelenski istənilən an seçkilərə hazırdır. Amma o, həmişə bir neçə çox vacib məsələnin olduğunu deyib: seçkilər dünya tərəfindən demokratik standartlara uyğun hesab edilməlidir. Bütün Ukrayna vətəndaşlarının səsvermədə iştirakı vacibdir, o cümlədən əsgərlər və müvəqqəti olaraq ölkəni tərk edənlər”, - deyə o bildirib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər