5 Dekabr 2024 16:36
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Rusiyanın yeni ballistik raketi “Oreşnik”in atıldığı Astraxan vilayətindəki Kapustin Yar poliqonuna hücuma cəhd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri poliqonun ərazisinə girişin bir neçə metrliyində olan dronu vurub. Nəticədə partlayış dalğası divarı zədələyib.

Yaralananlar barədə məlumat yoxdur.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər